Az | EN

İntiharların qarşısını alan startap $22 milyon investisiya alıb

Cəmil Hüseynzadə
12 Yanvar 2024 11:09
871 baxış
İntiharların qarşısını alan startap $22 milyon investisiya alıb

İntiharların qarşısını alınması üçün həllər təqdim edən Vita Health 22,5 milyon dollar investisiya alıb. Startap bununlda da ümumi investisiya miqdarı 30 milyon dolları keçdi. Startap 2022-ci ildə 8,38 milyon dollar investisiya almışdı. 

Startap yeni investisiyanı əməliyyatların inkişafı üçün xərcləyəcəyini bildirib. Vita Health yaş qrupundan asılı olmayaraq intihar düşüncəsi olan şəxslərə teleterapiya və psixiatrik xidmətlər göstərir. 2021-ci ildə Lynn Hamilton və Set Feuerstein tərəfindən qurulan şirkət öz istifadəçilərinə intihar düşüncələri və emosional çətinliklərlə uzaqdan kömək etməyi hədəfləyir. 

LFE Capital, CVS Health Ventures, Athyrium Capital Management, Flare Capital Partners, Connecticut Innovations, CU Healthcare Innovation Fund və HopeLab şirkətləri ABŞ-da yerləşən şirkətin A investisiya raundunda iştirak etdilər.

Azərbaycanda 2023-cü ildə 600-ə yaxın intihar halı qeyd alınıb. Hazırda da bu aktiv şəkildə davam edir.

 

© copyright 2022 | tech.az | info@tech.az