Bloomberg xəbər verir ki, iPhone Air-in sənaye dizayneri Abidur Çoudhuri Apple-dan ayrılıb və naməlum bir süni intellekt (AI) startapında işləməyə başlayıb. O, Apple-da 6 ildən artıq müddət işləyib və iPhone Air-in hazırlanmasında iştirak edib, həmçinin cihazın təqdimatında rol oynayıb.
Mənbələr bildirir ki, Çoudhurinin gedişi iPhone Air-in satışlarının aşağı olması ilə bağlı deyil, lakin onun şirkəttə “populyarlığının artması” səbəbindən bu, Apple daxilində böyük rezonans yaradıb.
Bloomberg qeyd edir ki, Apple dizayn komandası 2019-cu ildə Coni Ayvın getməsindən sonra əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Son illərdə çoxsaylı işçilər ya təqaüdə çıxıb, ya da digər şirkətlərə keçib.
2025-ci ilin noyabr ayında isə əməliyyat direktoru Ceff Uilliams də şirkətdən ayrılıb; o, dizayn komandalarına rəhbərlik edirdi. Eyni zamanda, istifadəçi interfeysi (UI) şöbəsi də Alan Deyin rəhbərliyi ilə işçi dəyişiklikləri ilə üzləşib.
