Az | EN

İran iPhone 14 smartfonlarının idxalına qadağa qoyub

Bənövşə Kazımova
14 Fevral 2023 16:28
865 baxış
İran iPhone 14 smartfonlarının idxalına qadağa qoyub

İran Sənaye Nazirliyi İran İslam Respublikası Gömrük İdarəsinə ünvanladığı məktubda qeyd olunub ki, İran 20 fevral 2023-cü il tarixindən etibarən Apple şirkətinin iPhone 14 və ondan sonrakı modellərinin ölkəyə idxalını qeyri-müəyyən müddətə qədər qadağan edəcək. 

Qeyd olunan mobil telefon modelləri vətəndaşlar və poçt vasitəsilə İrana idxalına icazə verilən cihazlar siyahısından çıxarılıb.

“iPhone 14 və daha yuxarı model mobil telefonlar İranda daha qeydiyyatdan keçməyəcək və müvafiq təlimatlar ölkənin keçid məntəqələrində elan ediləcək”, - məktubda deyilir. Bu arada İrandan idxal edilən mobil telefonların dəyəri 21 mart 2022-ci il-dən 20 yanvar 2023-cü il tarixinə qədər 2,28 milyard dollar təşkil edib. Mobil telefon idxalı İranın ümumi idxal dəyərinin 4,72 faizini təşkil edib.

© copyright 2022 | tech.az | info@tech.az