Az | EN

İranda “Instagram” və “WhatsApp”ın fəaliyyəti dayandırılıb

Bənövşə Kazımova
02 Noyabr 2022 13:42
306 baxış
İranda “Instagram” və “WhatsApp”ın fəaliyyəti dayandırılıb

İranda “Instagram” və “WhatsApp”ın fəaliyyətinin bloklandığı bildirilir.

Bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Kanalda verilən məlumata görə, yeni qərarla bağlı İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali xəbər verib.

Cəlali açıqlamasında qeyd edib ki, şirkətlər daxili qanunlara əməl edəcəkələri barədə öhdəlik götürənə qədər bu qadağa davam edəcək: "Instagram və WhatsApp sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürənə qədər bu qadağa davam etdirilə bilər".

© copyright 2022 | tech.az | info@tech.az