Az | EN

İRİA-nın dəstəyi ilə Aerokosmik Modelçilik Festivalı keçiriləcək

Cəmil Hüseynzadə
03 Aprel 2024 18:11
673 baxış
İRİA-nın dəstəyi ilə Aerokosmik Modelçilik Festivalı keçiriləcək

12 aprel 2024-cü il tarixində, “Yeni Texnologiyaların İnkişafına Dəstək” ictimai birliyinin təşəbbüsü ilə,  Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Avia-modellərin uçuş meydançasında «Aerokosmik Modelçilik Festivalı» təşkil ediləcəkdir. Festival 2 turdan ibarət olacaqla, ümumilikdə 7 növ üzrə keçiriləcəkdir. Bunlar müvafiq olaraq raket modelçiliyi üzrə; Streamer S3-A1, Streamer S-3A, Paraşüt S-6B, Raketoplan S-4C Eksperimental raket modelləri və əlavə olaraq FPV Dron və Təyyarə modellərindən ibarətdir.  Tədbirdə həmçinin, intellektual viktarina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi nəzərdə tutulmuşdur. Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradacaqdır.

Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda roket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan roket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, eləcədə komanda halında olaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyati yarış səviyyəsi üzrə roketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az