Az | EN

İspan brendi “1Hora” Azərbaycanda

Cəmil Hüseynzadə
17 May 2025 10:17
97 baxış
İspan brendi “1Hora” Azərbaycanda

Avropa keyfiyyəti “Smart Electronics” mağazalarında sərgilənir  

İspaniyanın qabaqcıl brendlərindən “1Hora” məhsulları artıq elektronika bazarı iştirakçılarının istifadəsinə təqdim edilib. “1Hora” elektron innovasiya, elmi-tədqiqat (AR-GE), dizayn, istehsal və satış sahələrini özündə birləşdirən kompleks bir brenddir. İspan keyfiyyətini bir çox ölkəyə uğurla daşıdığı üçün təmsil olunduğu bölgələrdə marka hüququna və beynəlxalq bazarda güclü mövqeyə sahibdir. Meksika (FULAME), Şenzhen, Honq Konq, Kolumbiya (HASTECK) və digər ölkələrdə distrübütor nöqtələri vasitəsilə, 30-dan çox ölkədə rəqabət bazarında seçim üstünlüyünə malik brend kimi möhkəmlənib. Standartlarına sadiq qalan “1Hora” Latın Amerikası, ABŞ, Afrika, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Avropa bazarlarında uğurla təmsil olunur.

“1Hora” məhsulları münasib qiymət balansı ilə də bazarda rəqiblərindən fərqlənir. Bunun əsas səbəbi isə brendə məxsus elektron məhsulların istifadəçilərə təklif etdiyi unikal funksiyalar baxımından da rəqiblərini geridə qoymasıdır. Həm gündəlik istifadə rahatlığı, həm texniki üstünlükləri, həm də cəlbedici vizuallığı ilə seçilən “1Hora” istifadəçilərə geniş seçim imkanı təqdim edir. Dövrün tələblərini və istifadəçilərin gözləntilərini tam qarşılamağı hədəfləyən “1Hora” məhsulları geniş məhsul, rəng və qiymət seqmenti ilə bütün “Smart Electronics” mağazalarında və “smartelectronics.az” saytında faizsiz, komissiyasız və ilkin ödənişsiz şərtlər, 24 aya qədər hissəli ödənişlə təklif olunur.

Büdcənizə uyğunlaşdırılaraq təklif olunan “1Hora” məhsullarını, həmçinin,  “vuvito.az” saytı, “Wolt” və “BoltFood” mobil tətbiqləri üzərindən də asanlıqla sifariş edə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az