Az | EN

İspaniyada məhkəmə piratçılıq səbəbilə ölkədə Telegram-ın müvəqqəti bloklanmasına qərar verib

Cəmil Hüseynzadə
24 Mart 2024 13:28
521 baxış
İspaniyada məhkəmə piratçılıq səbəbilə ölkədə Telegram-ın müvəqqəti bloklanmasına qərar verib

Yerli media şirkətləri messencerə qarşı iddia qaldırıb. İspaniya Milli Məhkəməsinin hakimi Santyaqo Pedraz ölkədə Telegram-ın müvəqqəti bloklanması barədə qərar verib .

Qərar EGEDA, Mediaset España, A3 Media və Movistar Plus media şirkətlərinin iddiasına baxılması çərçivəsində qəbul edilib. Onlar Telegram-ı pirat məzmun yaymaqda ittiham ediblər.

Messenger tələb olunan məlumatları məhkəməyə təqdim etməyib və buna görə də əlavə araşdırma aparmaq üçün onun müvəqqəti bloklanması barədə qərar qəbul edilib.

© copyright 2022 | tech.az | info@tech.az