Az | EN

Kanada rəqəmsal valyutaya keçməyi planlayır

Nail Valiyev
10 May 2023 11:38
284 baxış
Kanada rəqəmsal valyutaya keçməyi planlayır

Kanada Bankı potensial rəqəmsal Kanada dolları ilə bağlı ictimaiyyətin fikrini soruşub. Ölkənin mərkəzi bankı bildirib ki, hələlik milli rəqəmsal valyutaya ehtiyac yoxdur, lakin vəziyyət dəyişdiyi halda buna hazır olmaq lazımdır.


Qubernatorun Baş Müavini Carolyn Rogers mətbuat şərhində, “Kanadanın mərkəzi bankı olaraq ölkəmizin hər bir vətəndaşının iqtisadiyyatda yer almasını təmin etmək istəyirik. Bu, gələcəyin gətirəcəyi hər şeyə hazır olmaq deməkdir.”, - deyə bildirib Bank potensial dəyişikliyə hazır olmaq üçün üçün nağd puldan istifadənin azalması, kriptovalyutalarla potensial rəqabət və milli iqtisadi sabitliyə istinad edib.


Əgər qeyri-mərkəzləşdirilmiş valyutalar Kanada dollarına tələbi azaltmaq üçün kifayət qədər geniş istifadə olunarsa, bu, bankın (və hökumətin) iqtisadiyyat üzərində nəzarəti saxlamaq, sabitliyi qorumaq və siyasəti həyata keçirmək qabiliyyətini təhdid edə bilər.


"Rəqəmsal Kanada dolları, kanadalıların həmişə Kanada mərkəzi bankı tərəfindən verilən rəsmi, təhlükəsiz və sabit rəqəmsal ödəniş seçiminə sahib olmasını təmin edəcək" deyə bank açıqlamasında bildirib. Bununla belə, onu da vurğulayıb ki, milli rəqəmsal valyuta olsa belə, nağd pul istəyən hər kəs üçün əskinas da buraxılacaq.

© copyright 2022 | tech.az | info@tech.az