Texnologiya dünyası keçən həftə süni intellekt sahəsində sürətli irəliləyişlər, innovativ alətlərin təqdimatı və qlobal texnologiya şirkətlərinin yeni addımları ilə yadda qaldı. Gəlin, bu həftənin əsas texno xəbərlərinə birlikdə nəzər salaq:
Süni İntellekt Yenilikləri:
Google yeni süni intellekt əsaslı Stitch alətini və “Project Mariner” agentini təqdim etdi. Bundan əlavə, NotebookLM tətbiqini Android və iOS üçün istifadəyə verdi və Jules adlı süni intellekt agentini istifadəyə açdı.
Anthropic şirkəti Claude 4 modellərini istifadəyə verib, OpenAI isə Codex adlı proqramlaşdırma agentini tanıtdı.
OpenAI, həmçinin BƏƏ-də məlumat mərkəzi qurmaq üçün Cisco və Oracle ilə əməkdaşlıq edir və Apple-ın keçmiş dizaynerinə məxsus “ıo” startapını 6,5 milyard dollara satın alıb.
Microsoft, GitHub platformasına Anthropic AI-ni inteqrasiya edib və yeni süni intellekt platforması Windows AI Foundry, NLWeb, Azure üzərindən xAI-nin Grok 3 modeli ilə diqqət çəkdi.
BƏƏ, ərəb dilində hazırlanmış “Falcon Arabic” süni intellekt modelini istifadəyə verib.
Nvidia, yeni nəsil AI çipi olan RTX Pro Serveri təqdim edib.
Çin, orbitdə 12 AI peykindən ibarət “superkompüter” şəbəkəsi qurur.
Texnoloji Qurğular və Cihazlar:
OpenAI ağıllı boyunbağı formasında ilk süni intellekt cihazını təqdim etməyə hazırlaşır.
Appleun təchizatçısı Foxconn, Hindistanda istehsal vahidinə 1,5 milyard dollar investisiya yatıracaq.
Xiaomi, öz istehsalı olan Xring O1 çipinin kütləvi istehsalına başlayıb.
OpenAI, yeni nəsil AI cihazı üzərində işləyir.
Google-un Gemma AI modeli artıq mobil cihazlarda əlçatandır.
Böyük Texnologiya Şirkətləri və Qlobal Hərəkətlilik:
Intel, internet və şəbəkə bölməsini satışa çıxarıb.
OnlyFans, 8 milyard dollar dəyərində şirkətini satmağa hazırlaşır.
Microsoft, veb saytlar üçün AI əsaslı çatbotları asanlaşdıran sistem təqdim edib.
Sony, Rusiyada bir çox istifadəçi hesablarını bloklayır.
Apple, Braziliyada iPhone ilə bağlı məhkəmə prosesini uduzub.
ABŞ, Huawei-nin HarmonyOS əməliyyat sisteminə qarşı yeni məhdudiyyətlər tətbiq edir.
ABŞ və Çin, Huawei-nin AI çipləri üzərindən gərginliyi artırır.
Startaplar, İnnovasiya və Zirvələr:
Azərbaycan, qlobal innovasiya indeksində 6 pillə irəliləyərək 74-cü yerə yüksəlib.
Marketoloqlar, Azərbaycan Marketinq Zirvəsi 2025 çərçivəsində bir araya gələcək.
SUP VC, sosial media üzrə yaradıcı və strateji düşüncəli SMM mütəxəssisi axtarır.
Texnologiya startapları bu həftə süni intellektdən nüvə energetikasına qədər geniş spektrdə yeniliklər təqdim edib.
Kripto sahəsində xəbərlər:
Bitcoin, tarixdə ilk dəfə olaraq 109,4 min dolları keçdi.
22 may tarixində qeyd olunan Bitcoin Pizza Günü, 10.000 BTC-lik pizzanın 1 milyard dollarlıq əfsanəyə çevrilməsi ilə yadda qalıb
Azərbaycanda baş verən yeniliklər:
Əqli Mülkiyyət Agentliyi IT sistemlərini “Hökumət buludu”na köçürüb
“SİMA İmza”ya daha 5 qurum tərəfdaş olub