Az | EN

Kepler Communications peyk rabitə texnologiyası üçün 92 milyon dollar investisiya alıb

Səbinə Eyvazova
15 Aprel 2023 15:02
223 baxış
Kepler Communications peyk rabitə texnologiyası üçün 92 milyon dollar investisiya alıb

Peyk rabitə texnologiyaları üzrə işləyən Kepler Communications yeni bir sərmayə aldığını açıqlayıb.

Startap tərəfindən verilən məlumata görə, müəssisə 92 milyon dollar sərmayə əldə edib. Yeni investisiya ilə Kepler Communications-ın bu günə qədərki ümumi investisiyası 200 milyon dollara çatıb.

Onu da əlavə edək ki, SpaceX ilə birlikdə peyklərini kosmosa göndərən Kepler Communications bu günə qədər 19 peyk göndərib. Verilən məlumata görə, startapın təqdim etdiyi peyk rabitə texnologiyası ilə məlumatlar peyklərə 2,5 Gbps sürətlə ötürülə biləcək.

İnkişaf etdirdiyi peyklər vasitəsilə müştərilərinə rabitə infrastrukturu təqdim etmək istəyən Kepler Communications optik rabitə texnologiyasını sınaqdan keçirmək və yoxlamaq üçün önümüzdəki payız aylarında kosmosa iki peyk də göndərəcəyini bildirib.

 

© copyright 2022 | tech.az | info@tech.az