Avstraliyada dünyanın müxtəlif yerlərindəki kibercinayətkarlara casus proqramlar satan şəxs tutulub.
Avstraliya polisi kibercinayətkarlar üçün casus proqramlar hazırlayıb satan şəxsi həbs edib. Ceykob Ueyn Con Kin adlı 24 yaşlı xakker “Imminent Monitor” adlı casus proqramını hazırlamaq və satmaqda ittiham olunaraq həbs edilib.
Polisin verdiyi məlumata görə, bu zərərli proqram təminatını hazırlayan Keen proqramı müxtəlif ölkələrdən müştərilərinə ümumilikdə 300 min dollardan çox qiymətə satıb. Xakkerin bu işə 15 yaşında başladığı bildirilir.
Kin tərəfindən hazırlanmış RAT (uzaqdan giriş troyanı) olan Imminent Monitor üzərində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar ediblər ki, zərərli proqram daha çox kibercinayətkarlar tərəfindən istifadə olunur. 128 ölkəyə satılan proqram təminatı insanların şəxsi məlumatlarını oğurlamaq, onların kamera və mikrofonlarını uzaqdan izləmək, sənədləri yoxlamaq və casusluq etmək üçün istifadə olunur.