Solana blokçeynində olan kriptovalyuta pul kisəsi Slope-da kritik boşluq meydana gəlib.
Bu boşluqdan yararlanan xakkerlərin Slope-dan 4,5-8 milyon dollarlıq kriptovalyuta oğurladığı ehtimal edilir.
Slope ilə yanaşı, digər məşhur kripto pul kisəsi Phantom-a da hücumların olduğu təsdiqlənib. Bununla belə, Solana və Phantom komandası əsas hücumların Slope-a yönəldiyini bildirib. Xakkerlər həm Solana, həm də USD Coin (USDC) kimi Solana blokçeynində işləyən çoxsaylı kriptovalyutaları oğurlayıblar.
Mövzu ilə bağlı verilən açıqlamada hücumun blokçeynin əsas kodlarına təsir etmədiyi də bildirilib.
Android və iOS istifadəçilərini hədəf alan hücumdan hələlik 8000-ə yaxın istifadəçinin zərər çəkdiyi bildirilir. Digər Solana pul kisələri tətbiqlərinin təhlükə altında olub-olmaması isə hələlik məlum deyil.