Kriptovalyuta bazarlarında baş verən qarışıqlıq təkcə son 24 saat ərzində 275 milyard dollardan çox itkiyə səbəb olub. Ümumi bazar həcmində ciddi zəifləmə müşahidə edilsə də, ən böyük kriptovalyutalarda itki 30 faizə çatıb. Bildirək ki, kriptovalyuta bazarları son bir neçə gün ərzində öz tarixlərində ən çətin proseslərdən birini yaşayır. Artıq bir müddətdir qlobal iqtisadi şəraitlə sarsılan bazarlar UST (TerraUSD) adlı dollar indeksli kriptovalyutanın çökməsi ilə böyük xaosla üzləşib. Son 24 saatda ümumi itki 275 milyard dolları keçib. Bazarlarda vəziyyət o qədər mürəkkəbdir ki, bitcoin son 24 saat ərzində 11 faizdən çox dəyər itirib. Kriptovalyuta bazarlarının ümumi həcmi isə təxminən 20 faiz itki ilə 1,11 trilyon dollar səviyyəsinə düşüb. Ethereum isə son 24 saat ərzində təxminən 22 faiz dəyər itirib.