Kriptovalyuta sahəsində Bitcoin və Ethereum-un dəyərində kütləvi eniş müşahidə edilib. Bildirək ki, son dövrdə müşahidə edilən azalmalardan biri mayın 12-də baş vermişdi. Əldə olunan məlumata görə, Bitcoin-in hazırkı qiyməti mayın 12-də 27 min dollar səviyyəsinə düşsə də, sonradan ciddi canlanma müşahidə olunub.
Bu kriptovalyutalarda son günlərdə də çox ciddi azalmalar müşahidələr edilir. Son 24 saatda 6%, son 7 gündə isə 18% dəyər itirən Bitcoin 2020-ci ilin dekabrından bu yana ən aşağı səviyyəni görüb və bu an üçün 25 min dollara düşüb. Bu sahədə ikinci ən böyük kriptovalyuta olan Ethereum isə mayın 12-də 1874 dollar səviyyəsində olsa da, son 24 saatda 6 faizə yaxın dəyər itirərək 1362 dollara düşüb.
Son 1 ildə 68 min dollarla ən yüksək səviyyəyə çatan Citcoin-in ilin sonuna qədər yenidən bu səviyyəyə çatacağı ehtimal edilir.