Master & Dynamic firması məşhur italyan idman avtomobil firması Lamborghini ilə birgə qulaqcıqlar təqdim edib.
Təqdim olunan ilk qulaqcıq modeli MW75-dir. Bu simsiz qulaqlıq yüngül alüminiumdan və dəridən hazırlanıb, 32 saata qədər davamlı batareyaya malikdir.
Növbəti model MG20 oyun üçün olan qulaqcıqdır. O maqnezium, alüminiumdan hazırlanıb bum mikrafonla təchiz edilib, 22 saata qədər batareya ömrünə sahibdi. MW08 Sport modeli isə sapfir şüşədən hazırlanıb, simsiz enerji yığmaq xüsusiyyətinə sahibdir və qulaqcıq kevlar materialından hazırlanmış fiber qutuda yerləşdirilib.
Qeyd edək ki, bəhs etdiyimiz seriya aprelin 17-də satışa çıxarılacaq və qiymətləri 400-650 dollar arasında dəyişəcək.