Az | EN

Mask Pavel Durova dəstək olub

Cəmil Hüseynzadə
25 Avqust 2024 11:49
1557 baxış
Mask Pavel Durova dəstək olub

Telegram-ın qurucusu Pavel Durov dünən Fransada, Azərbaycandan qayıdarkən həbs edilib. Amerikalı texnologiya maqnatı və X (əvvəllər Twitter olaraq bilinən) platformasının sahibi İlon Mask, Durovun saxlanılmasına reaksiya verərək, öz rəsmi X hesabından Grok mesajı paylaşıb. 

Paylaşımda yazılıb: "Bəli, Telegram-ın qurucusu və baş icraçı direktoru Pavel Durov, Parisdə Le Bourget Hava Limanında həbs edilib. O, Azərbaycandan gələn özəl təyyarəsindən endikdən sonra saxlanılıb. Bu məlumat müxtəlif Fransa media mənbələri və X-dəki paylaşımlara əsaslanır. Onun həbsinin Telegram-da cinayət fəaliyyətlərinin asanlaşdırıldığı iddia edilən moderasiya çatışmazlığı ilə bağlı araşdırmaya aid olduğu bildirilir."

Tesla-nın sahibi Mask, OSINTdefender adlı digər hesabın paylaşımını yenidən paylaşaraq, başqa bir tvit də atıb. Bu paylaşımda Mask, "POV: 2030-cu il Avropasındasınız və bir memi bəyəndiyiniz üçün edam edilirsiniz" şərhini yazıb.

Pavel Durov şənbə axşamı Paris yaxınlığındakı Bourget hava limanında həbs edilib. Məlumatı verən adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, Durov özəl təyyarəsi ilə səyahət edirmiş və onun haqqında Fransada həbs qərarı olub. TF1-in veb saytında yazıldığına görə, Durov yerli vaxtla təxminən axşam saat 8-də (GMT ilə 6-da) saxlanılıb və onun Azərbaycandan gəlməsi ehtimal olunur. Rusiyada doğulmuş Durov hazırda Telegram-ın vətəni olan Dubayda yaşayır və həm Fransa, həm də Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Forbes onun sərvətini 15.5 milyard dollar (12 milyard funt-sterlinq) dəyərində qiymətləndirir. O, 2014-cü ildə sosial şəbəkə VK-da müxalifət qruplarını bağlamaq əmri alandan sonra Rusiyadan qaçıb.

© copyright 2022 | tech.az | info@tech.az