Az | EN

Mercedes-Benz-in Rusiyadakı keçmiş zavodunda premium Çin avtomobilləri istehsal ediləcək

Bənövşə Kazımova
23 Mart 2023 11:11
619 baxış
Mercedes-Benz-in Rusiyadakı keçmiş zavodunda premium Çin avtomobilləri istehsal ediləcək

Rusiyada Mercedes-Benz aktivlərini alan "Avtodom" şirkəti Almaniya konserninin Moskva vilayətinin Esipovo şəhərindəki keçmiş zavodunda premium Çin avtomobilləri istehsal etməyi planlaşdırır.

Bu barədə sektorlararası avtomobil konqresində “Avtosmart” şirkətinin baş direktoru bildirib.
“Biz başa düşürük ki, Mercedes-Benz zavodu premium avtomobillərin istehsalı üçün ən əlverişlidir, ona görə də bəli, söhbət premium Çin avtomobillərinin istehsalından gedir”, - Şişko bildirib.

Top menecerin sözlərinə görə, gələn ay Moskva yaxınlığındakı zavodda avtomobillərin yığılması üzrə çinli partnyor seçiləcək.

Moskva vilayətində Mercedes-Benz zavodu 2019-cu ildə fəaliyyətə başlayıb. Şirkət E-class sedanları, həmçinin GLC, GLE və GLS krossoverləri istehsal edib. 2022-ci ilin oktyabrında Alman şirkəti Rusiyanı tərk etmək və Rusiya aktivlərini "Avtodom" diler holdinqinə satmaq planlarını açıqlayıb.

Şirkətin mətbuat xidməti bu məlumatı "icazəsiz" şəxs tərəfindən dilə gətirildiyini əsas gətirərək təsdiqləməkdən imtina edib

© copyright 2022 | tech.az | info@tech.az