Az | EN

Microsoft Sİ çip istehsalında OpenAI ilə əməkdaşlığa başlayıb

Nigar Sultanli
14 Noyabr 2025 11:28
53 baxış
Microsoft Sİ çip istehsalında OpenAI ilə əməkdaşlığa başlayıb

Microsoft öz çip problemini həll etmək planının bir hissəsi olaraq, əsas işi OpenAI-ın görməsinə icazə verir. Bloomberg-in yaydığı məlumata görə, Microsoft, Google və Amazon kimi rəqibləri ilə müqayisədə zəif nəticə göstərən yarımkeçirici (çip) səylərini gücləndirmək üçün partnyoru OpenAI-ın xüsusi çip hazırlamalarından faydalanacaq.

Razılaşma olduqca sadədir: OpenAI, Broadcom şirkəti ilə birlikdə süni intellekt çipləri dizayn edir və Microsoft bu innovasiyalara tam çıxış əldə edir. CEO Satya Nadella yeni yayımlanan müsahibəsində "Onlar sistem səviyyəsində belə innovasiya etdikcə, biz bütün bunlara çıxış əldə edirik" deyə bildirib. O, Microsoft-un OpenAI-ın dizaynlarını mənimsəməyi və sonra onları öz məqsədləri üçün genişləndirməyi planlaşdırdığını izah edib.

Yenilənmiş tərəfdaşlıq müqaviləsinə əsasən, Microsoft, OpenAI-ın çip dizaynlarına dair intellektual mülkiyyət hüquqlarını təmin edib və eyni zamanda 2032-ci ilə qədər şirkətin AI modellərinə çıxışını qoruyub. Müqavilə xaricində qalan yeganə sahə, ChatGPT yaradıcısının müstəqil şəkildə hazırlayıb satmaq istədiyi OpenAI-ın istehlakçı cihazlarıdır (consumer hardware). Bu əməkdaşlıq texnologiya sahəsindəki geniş bir reallığı vurğulayır: ən müasir Sİ çiplərini yaratmaq həddindən artıq çətin və bahalı prosesdir. Microsoft təkbaşına mübarizə aparmaqdansa, OpenAI-ın təcrübəsinin və ağıllı qurulmuş müqavilənin öz ambisiyalarını sürətləndirəcəyinə ümid edir. 

© copyright 2022 | tech.az | info@tech.az