Az | EN

Münasib qiymətli Apple Vision Pro-nun buraxılış tarixi açıqlanıb

Səbinə Eyvazova
29 Noyabr 2023 11:21
333 baxış
Münasib qiymətli Apple Vision Pro-nun buraxılış tarixi açıqlanıb

Apple sərfəli qiymətə Vision Pro modeli üzərində işləməyə davam edir. 2023-cü ilin iyun ayında təqdim edilən virtual reallıq qulaqlığı Vision Pro 3500 dollar qiymətinə görə tənqid olunmuşdu. Bunun üzərinə Apple daha münasib versiya üzərində işlədiyini açıqlayıb.

Məlumatlara görə münasib Vision Pro-nun buraxılış tarixi açıqlanıb. İlk versiyanın qiymətinin təxminən yarısı olacağı gözlənilən Vision Pro 2025-ci ildə təqdim ediləcək. Həmçinin, başqa bir məlumata görə, münasib qiymətli modelin qiyməti 1500-2500 dollar arasında olacaq. Bu, sələfi ilə müqayisədə əhəmiyyətli endirim deməkdir.

Digər tərəfdən, ilkin plana görə 2024-cü ilin yanvarında çıxması gözlənilən Vision Pro 2-nin buraxılması yeni məlumata görə bir neçə ay təxirə salınıb. Apple başlığın hələ hazır olmadığını və onu 2024-cü ilin mart ayının ortalarında ABŞ-da buraxmağı planlaşdırdığını bildirir. Onun qlobal bazarda 2024-cü ilin sonuna doğru çıxacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az