Az | EN

Nazir Rəşad Nəbiyev İlon Mask ilə görüşüb

Cəmil Hüseynzadə
11 Avqust 2023 23:26
644 baxış
Nazir Rəşad Nəbiyev İlon Mask ilə görüşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev İlon Mask ilə görüşüb. Nazir bu barədə məlumatı X hesabında paylaşıb.

"“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq."

Bu ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində İlon Maskın da iştirak edəcəyi gözlənilir. İlon Maskla yanaşı tədbirin qonaqları arasında  Ceff Bezonun da olacağı güman edilir.

© copyright 2022 | tech.az | info@tech.az