Az | EN

Neopets oyun platforması kiber-hücuma məruz qalıb

Nail Valiyev
29 İyul 2022 13:30
352 baxış
Neopets oyun platforması kiber-hücuma məruz qalıb

1999-cu ildə təqdim olunan və bu gün on milyonlarla istifadəçisi olan virtual ev heyvanları platforması Neopets ikiber-hücuma məruz qalıb. Bu barədə platforma verdiyi açıqlamada bəzi sistemlərinə qarşı kiber-hücum aşkarladığını və platformadan ələ keçirilən məlumatları bir internet saytında gördüyünü qeyd edib. 

Bundan əlavə, kiber-hücum nəticəsində xakkerlərin təxminən 69 milyon üzvün məlumatlarının ələ keçirdiyi iddia edilir. Platforma mənbə kodlarının və məlumat bazasının satışa çıxarıldığını da bildirib. 

Nəzərinizə çatdıraq ki, kiber-hücum 17 iyulda baş verib və platforma tərəfindən isə qısa müddət əvvəl aşkar edilib. Mövzu ilə əlaqədar platforma araşdırmaların davam etdiyini, həmçinin hücumdan təsirlənən insanların və qeydiyyatların sayının hələ də dəqiq müəyyən edilmədiyini, lakin platformada 3,5 milyon aktiv və 65 milyon qeyri-aktiv hesabın qeydə alındığını bildirib. 

 

© copyright 2022 | tech.az | info@tech.az