Az | EN

Nokia 1100 modeli ilə fırıldaqçılıq edilməyə başlanılıb

Nail Valiyev
14 Aprel 2023 10:49
648 baxış
Nokia 1100 modeli ilə fırıldaqçılıq edilməyə başlanılıb

Nokia 1100 modellərindəki proqram səhvinə görə fırıldaqçılar telefonları əldə etməyə çalışır.

Almaniyada istehsal olunan 1100 model Nokia mobil telefonlarının proqram təminatında səhv var. Bu, telefonların başqa nömrələrə göndərilən mətn mesajlarını qəbul etməsinə səbəb olur. Bunu bilən fırıldaqçılar yüksək məbləğ ödəyərək Nokia 1100 modellərini alır. Qeyd edək ki, bu onlayn bankçılıq sistemlərinə gizlicə girmək istəyən fırıldaqçılara bankın müştərilərinə göndərdiyi yoxlama kodlarını ələ keçirməyə imkan verir.

Mövzu ilə bağlı açıqlama verən Nokia, proqram təminatında xəta olduğu iddiasını qəbul etməyib və fırıldaqçılığın SİM kart surəti ilə baş verdiyini qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az