Az | EN

Ödənişli X abunəçiləri üçün video yükləmə funksiyası təqdim edilib

Səbinə Eyvazova
04 Avqust 2023 12:16
278 baxış
Ödənişli X abunəçiləri üçün video yükləmə funksiyası təqdim edilib

Ödənişli X (əvvəllər Twitter) abunə xidməti istifadəçilərə video yükləmə funksiyasını təqdim edib. 

X Blue abunəçiləri veb-sayt vasitəsilə platformada video yükləyə biləcəklər. Bununla belə, video yükləmə funksiyasından istifadə etmək üçün bəzi şərtlər tələb olunur.

Bu şərtlərdən birincisi təsdiq edilmiş istifadəçi olmaq, ikincisi isə video sahibinin yükləməyə icazə verməsidir. Videonu paylaşan şəxs icazə verməsə, istifadəçilər videonu endirə bilməz.

Mask bu funksiyadan necə istifadə edəcəyini də izah edib. Videonu vebsaytda tam ekran rejimində açılan videonun yuxarı sağ küncündə yerləşən “...” üç nöqtəli işarəyə klikləməklə yükləmək olar. Tezliklə mobil telefonda yükləmə prosesini asanlaşdıracaq funksiyanın  da əlavə ediləcəyi bildirilir.

Əvvəllər video yükləmək üçün üçüncü tərəf proqramlarından istifadə edilirdi. Ancaq bu, hələ də ödənişli abunə xidməti olmayan istifadəçilər üçün belədir.

© copyright 2022 | tech.az | info@tech.az