Az | EN

Olivia Uayld vençur fond qurub: hədəf 100 milyon dollar

Cəmil Hüseynzadə
VC
30 Oktyabr 2024 17:57
272 baxış
Olivia Uayld vençur fond qurub: hədəf 100 milyon dollar

Tanınmış aktrisa, rejissor və prodüser Olivia Uayld keçən il səssiz şəkildə "Proximity Ventures" adlı vençur fondunu təsis edib. Aktrisa kimi "Tron: Legacy," "Her," "A Vigilante" və "Meadowland" kimi filmlərdə çıxış edən və 2019-cu ildə "Booksmart" adlı filmə rejissorluq edən Uayld, indi də startaplar və texnologiya ekosisteminə marağını göstərir.

Jay-Z tərəfindən yaradılan Roc Nation-ın investisiya qolu olan Arrive-də əvvəllər Robinhood, Epic Games və SpaceX kimi şirkətlərə yatırımlar edən Neil Sirni ilə birgə "Proximity Ventures" fondu qurulub. Bu fond daha çox erkən mərhələdəki layihələrə yönəlib və indiyədək dörd müxtəlif startapı dəstəkləyib.

Proximity Ventures hər il orta hesabla 8 erkən mərhələ startapına 500 min dollardan 2 milyon dollara qədər investisiya qoymağı planlaşdırır və inkişaf mərhələsindəki startaplar üçün 100 milyon dollarlıq fond yaratmaq niyyətindədir. Gələn ildən fon toplamağa başlaması gözlənilən fond, investisiyaların 75%-ni ABŞ bazarına, qalan 25%-ni isə Cənub-Şərqi Asiyadakı startaplara yönəltməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az