Az | EN

OpenAI audiyaya fokuslanır: şirkət səsli süni intellekt cihazı hazırlayır

Cəmil Hüseynzadə
03 Yanvar 2026 12:28
55 baxış
OpenAI audiyaya fokuslanır: şirkət səsli süni intellekt cihazı hazırlayır

OpenAI süni intellekt sahəsində strategiyasını audiyo istiqamətinə yönəldir və səsli interfeysə malik şəxsi Sİ cihazının hazırlanması üzərində işləyir. Bu barədə TechCrunch nəşri The Informationa istinadən məlumat yayıb.

Məlumata görə, OpenAI 2025-ci ilin noyabr–dekabr aylarında bir neçə mühəndislik, məhsul və tədqiqat komandasını birləşdirərək audiyo modellərini yenidən qurmağa başlayıb. Bu addım Silikon Vadisində getdikcə güclənən “ekransız texnologiyalar” trendinin bir hissəsi kimi qiymətləndirilir. Hazırda ABŞ-da ev təsərrüfatlarının üçdə birindən çoxunda səsli köməkçilərdən istifadə olunur.

OpenAI həmçinin öz səsli Sİ cihazını inkişaf etdirir. Mənbələrə görə, bu cihazın 2027-ci ildə təqdim olunması mümkündür. Şirkət ekransız ağıllı kolonkalardan tutmuş ağıllı eynəklərə qədər müxtəlif formatlarda cihazlar buraxmağı nəzərdən keçirir.

Qeyd edək ki, Meta, Google, Tesla və Apple da oxşar audiyo əsaslı texnologiyalar üzərində fəal şəkildə çalışır. OpenAI-nın isə 2026-cı ilin əvvəlində daha təbii danışıq və real vaxtlı dialoq imkanlarına malik yeni audiyo modelini təqdim etməsi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az