Az | EN

OpenAI Mac üçün süni intellektli interfeys hazırlayan şirkəti alıb

Nigar Sultanli
24 Oktyabr 2025 13:23
49 baxış
OpenAI Mac üçün süni intellektli interfeys hazırlayan şirkəti alıb

"OpenAI" şirkəti, "Mac" kompüterləri üçün "Sky" adlanan, süni intellektlə təchiz edilmiş təbii dil əsaslı interfeys hazırlayan "Software Applications" şirkətini alıb. Razılaşmanın maliyyə şərtləri ictimaiyyətə açıqlanmayıb. "Sky" tətbiqi istifadəçinin ekranında baş verənləri müşahidə edə bilir və proqramlar daxilində müxtəlif əməliyyatları icra etmə funksiyasına malikdir.

"OpenAI"ın bu satınalması, şirkətin masaüstü kompüterlərdə istifadəçi təcrübəsini inkişaf etdirmək və "Mac" ekosistemi daxilində təsir dairəsini genişləndirmək strategiyasının mühüm bir hissəsidir. Hələ istifadəyə verilməmiş "Sky", gündəlik kompüter istifadəsində yazışmadan planlamağa, kod yazmaqdan proqramlar arasında keçid etməyə qədər bir çox sahədə işləmək üçün hazırlanmış bir Sİ interfeysidir. O, yalnız bir alət deyil, ekranda gördüklərinizi dərk edən və proqram daxilində sizin yerinizə tapşırıqları yerinə yetirən aktiv bir rəqəmsal köməkçidir.

Şirkətin həmtəsisçisi və baş icraçı direktoru (CEO) Ari Vaynşteyn bildirir ki, bu tələbat kompüterlərin daha intuitiv (anlaşılması asan), effektiv və fərdiləşdirilə bilən olması haqqında viziondan irəli gəlir. O əlavə edib ki, "böyük dil modelləri sayəsində, həyata keçirə biləcəyimiz ideyaların təməli nəhayət ki, əlimizdədir" və onların hədəfi istifadəçilərin düşüncə tərzini və yaradıcılığını dəstəkləyən bir təcrübə yaratmaqdır.

"Sky" komandasının texnologiya aləmindəki keçmişi də diqqət çəkir. Qurucu ortaq Conrad Kramer, vaxtilə "Apple" tərəfindən satın alınaraq sonradan "Shortcuts" (Qısayollar) texnologiyasının əsasını təşkil edən "Workflow"un yaradıcılarından biri olub. Digər qurucu ortaq və əməliyyatlar üzrə direktor (COO) Kim Beverett isə "Apple"da "Safari", "WebKit", "Mesajlar", "Mail" və "FaceTime" kimi məhsullarda uzun illər çalışmış təcrübəli mütəxəssisdir.

Süni intellekt sahəsində tənqid olunan "Apple"ın bu satınalma nəticəsində "Mac" dünyasında Sİ-ni sürətlə yayacağı güman edilir. "Apple" "Apple Intelligence" brendi altında mətn dəstəkləri, ani tərcümə və vizual axtarış kimi funksiyalar təqdim etsə də, bu sahədəki rəqiblərinə hələ tam yetişə bilməyib. Razılaşmanın maliyyə təfərrüatları açıqlanmasa da, mənbələr "Software Applications"ın daha əvvəl Sem Altman daxil olmaqla digər nüfuzlu investorlardan təxminən 6.5 milyon dollar sərmayə aldığını qeyd edirlər.

Satınalma əməliyyatına "OpenAI"ın "ChatGPT" bölməsinin rəhbəri Nik Turli və proqramlar üzrə məsul Fidji Simo nəzarət edib və o, "OpenAI"ın idarə heyəti tərəfindən təsdiqlənib. Bu addım sayəsində "OpenAI" təkcə böyük dil modelləri ilə deyil, həm də istifadəçilərin gündəlik cihazlarla qarşılıqlı əlaqəsini tamamilə dəyişdirə biləcək köməkçi texnologiya ilə təchiz edilmiş olacaq. Satınalma, süni intellekti gündəlik həyatın bütün sahələrinə inteqrasiya etmək viziyasının "Mac" platformasındakı konkret nümunəsidir.

© copyright 2022 | tech.az | info@tech.az