Az | EN

“OpenAI” maliyyə analitiklərini əvəzləyəcək layihə hazırlayır

Nigar Sultanli
21 Oktyabr 2025 16:37
53 baxış
“OpenAI” maliyyə analitiklərini əvəzləyəcək layihə hazırlayır

OpenAI Project Mercury layihə üzərində işləyir və Bloomberg-in xəbərinə görə, bu layihənin əsas məqsədi investisiya banklarında çalışan maliyyə analitiklərinin işini icra edə biləcək süni intellekt sistemləri hazırlamaqdır

Bu məqsədə çatmaq üçün OpenAI JPMorgan, Goldman Sachs və Morgan Stanley kimi böyük maliyyə qurumlarında təcrübə qazanmış keçmiş investisiya bankirlərini cəlb edib və bu ekspertlərə saatlıq 150 ABŞ dolları məbləğində ödəniş edilir. Bu bankirlər süni intellekt sistemlərinə bankçılıq modellərini və analiz metodlarını öyrətmək üçün müxtəlif maliyyə modelləri və təqdimatlar hazırlayırlar, həmçinin, onlar promptlar yazaraq Sİ-nın real iş proseslərini təqlid etməsinə kömək edirlər hər iştirakçıdan adətən həftəlik model təqdim etmək tələb olunur

Layihəyə işə qəbul prosesi də qeyri-adi şəkildə aparılır və namizədlər əvvəlcə AI chatbot ilə müsahibə mərhələsindən, sonra isə maliyyə hesabatı və modelləşdirmə testlərindən keçirlər

Project Mercury hələ başlanğıc mərhələsində olsa da, OpenAI bu təşəbbüsü gələcəkdə müəssisələr üçün kommersiya məhsuluna çevirməyi planlaşdırır şirkət bankirlərlə əməkdaşlığın üçüncü tərəf təchizatçılar vasitəsilə həyata keçirildiyini bildirir

Ekspertlər bu addımı süni intellektin maliyyə sektorunda insan əməyini əvəz etmək istiqamətində atılmış ən cəsarətli və iddialı addımlardan biri hesab edirlər

© copyright 2022 | tech.az | info@tech.az