Az | EN

OpenAI: "Google"un daxili istehsalı olan çiplərindən istifadə etmək planımız yoxdur

Nigar Sultanli
02 İyul 2025 10:48
70 baxış
OpenAI: "Google"un daxili istehsalı olan çiplərindən istifadə etmək planımız yoxdur

OpenAI şirkəti bildirib ki, hazırda Google-un süni intellekt çiplərindən geniş şəkildə istifadə etməyi planlaşdırmır. Bu açıqlama ondan sonra verilib ki, bəzi media qurumları OpenAI-nin artan texniki ehtiyaclarını qarşılamaq üçün Google-un çiplərindən istifadə etməyə hazırlaşdığı barədə xəbərlər yayıblar.

OpenAI-nin nümayəndəsi deyib ki, Google-un TPU adlanan çipləri yalnız ilkin test mərhələsində sınaqdan keçirilir və bu çiplərin geniş miqyasda istifadəsi nəzərdə tutulmur.

Hazırda OpenAI şirkəti əsasən Nvidia və AMD-nin süni intellekt üçün nəzərdə tutulan çiplərindən istifadə edir. Şirkət eyni zamanda öz çipini də hazırlayır və bu çipin dizaynının 2025-ci ildə tamamlanaq istehsala göndərilməsi planlaşdırılır.

Bundan əlavə, iyun ayında yayılan xəbərlərə görə, OpenAI artan hesablama ehtiyaclarını qarşılamaq üçün Google-un bulud xidmətindən (Google Cloud) istifadə etməyə başlayıb. Lakin əsas hesablama gücü CoreWeave adlı başqa bir şirkətin serverləri vasitəsilə təmin olunur.

Google son vaxtlar əvvəllər yalnız daxili istifadə üçün nəzərdə tutulmuş TPU çiplərini başqa şirkətlərə də təklif etməyə başlayıb. Bu addım sayəsində Google Apple, eləcə də OpenAI-dən ayrılan rəhbərlər tərəfindən yaradılmış Anthropic və Safe Superintelligence kimi şirkətlərlə əməkdaşlıq edir.

Ümumiyyətlə, yeni çip texnologiyalarının geniş tətbiqi üçün xüsusi proqram təminatı və texniki uyğunlaşmalar tələb olunur. Bu səbəbdən, OpenAI hələlik Google-un çiplərini yalnız test edir və yaxın gələcəkdə bu çipləri geniş istifadə etməyi planlaşdırmır.

© copyright 2022 | tech.az | info@tech.az