Az | EN

Oracle və Meta 20 milyard dollarlıq bulud müqaviləsi bağlayır

Nigar Sultanli
21 Sentyabr 2025 22:14
48 baxış
Oracle və Meta 20 milyard dollarlıq bulud müqaviləsi bağlayır

Oracle və Meta bir neçə il davam edəcək və 20 milyard dollarlıq müqavilə bağlamağa hazırlaşır. Bu müqavilə ilə "Meta", öz süni intellekt (Sİ) layihələrini inkişaf etdirmək üçün "Oracle"-ın bulud xidmətlərindən istifadə edəcək.

Bu böyük razılaşmanın səbəbi, "Meta"-nın hesablama gücünə olan böyük ehtiyacıdır. Süni intellekt modelləri, məsələn, "ChatGPT" kimi proqramlar yaratmaq üçün çoxlu sayda məlumatı emal etmək lazımdır. Bu, adi kompüterlərin bacarmadığı bir işdir. "Oracle" isə bu emal üçün lazım olan güclü serverləri və digər texniki avadanlıqları "Meta"-ya bulud üzərindən təqdim edəcək. Beləliklə, "Meta" öz serverlərini qurmaq yerinə, bu xidməti "Oracle"-dan alacaq.

Bu xəbər, OpenAI-ın təxminən beş il müddətinə Oracle-dan 300 milyard dollarlıq bulud xidməti alması barədə yayılan məlumatlardan cəmi bir həftə sonra ortaya çıxıb. Bu isə "Oracle"-ın süni intellekt sahəsində necə əhəmiyyətli bir oyunçuya çevrildiyini göstərir.

"Oracle" hazırda Amazon, Alphabet (Google) və Microsoft kimi texnologiya nəhəngləri ilə də əməkdaşlıq edir. Bu tərəfdaşlıqlar sayəsində "Oracle"-ın gəlirləri son rübdə 16 dəfədən çox artıb. Şirkət bildirir ki, süni intellekt sahəsindəki sürətli inkişaf sayəsində gəlirləri yaxın gələcəkdə yarım trilyon dolları keçəcək. Bu isə "Oracle"-ın texnologiya dünyasında mövqeyini daha da gücləndirəcək.

© copyright 2022 | tech.az | info@tech.az