Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Bənövşə Kazımova
01 Avqust 2022 13:30
264 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Elation Health - $50 mln alan startap ilkin tibbi yardım xidmətləri göstərir.

Vicinitas Therapeutics - Xərçəng və genetik xəstəliklərin müalicəsi üçün yeni nəsil dərmanlar hazırlayan biotexnologiya startapı ötən həftə $65 mln sərmayə alıb.

Unstoppable Domains - Ötən həftə $65 mln investisiya əldə edən startap blokçeynlər ilə qorunan domenləri işə salır və senzura olunmayan veb-saytlar qurur.

Enko Chem - $70 mln yatırım alan startap kənd təsərrüfatı məhsullarını zərərvericilərdən və xəstəliklərdən qorumaq üçün fermerlərə innovativ həllər təqdim edir.

Spotnana - Səyahət şirkətlərinə rezervasiyaların idarə olunması üçün bulud texnologiyaları təqdim edən startap ötən həftə $75 mln investisiya əldə edib.

Aptos Labs - $150 mln sərmayə əldə edən web3 startapı Layer 1 blokçeyn şəbəkəsi qurur.

Carmot Therapeutics - $160 mln yatırım əldə edən startap iltihabi və nevroloji xəstəliklərin müalicəsi üçün dərmanlar hazırlayır.

Cleerly - Ürək-damar xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan Cleerly startapı $223 mln investisiya alıb.

© copyright 2022 | tech.az | info@tech.az