Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Nail Valiyev
29 Avqust 2022 11:05
417 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Happy Health - Psixi sağlamlığı ölçə bilən ağıllı üzük təqdim edən Happy Health $60 mln yatırım əldə edib.

Digital Diagnostics - $75 mln investisiya alan Digital Diaqnostika xəstəliklərin müalicəsi və diaqnozu üçün süni intellektə əsaslanan texnologiyalar təklif edir.

Aktis Oncology - Xərçəng xəstəliyinin müalicəsi üzrə ixtisaslaşan Aktis Oncology radiofarmaseptik dərmanlar hazırlayır. Startap ötən həftə $84 mln sərmayə əldə edib.

Anyscale - $99 mln yatırım alan Anyscale maşın öyrənmə sahəsi üzrə süni intellektə əsaslanan proqramlar hazırlayır.

Landing - Mənzil icarəetmə platforması $125 mln investisiya alıb.

Alma - $130 mln sərmayə əldə edən startap yüksək keyfiyyətli, əlverişli tibbi xidmətlər təqdim edən müəssisələri bir-birilə əlaqələndirir.

Fervo Energy - Fervo Energy geotermal sistemlərdən enerji istehsal etmək üçün xüsusi  texnologiyalar hazırlayır. Startap $138 mln investisiya alıb.

Lunar Energy - $300 mln yatırım əldə edən startap evlərin elektrikləşdirilməsini təmin etmək üçün təmiz enerji məhsulları təqdim edir.

© copyright 2022 | tech.az | info@tech.az