Hakaton innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. PAŞA Hakaton tələbələri biznes və marketinq mütəxəssislərini, dizaynerləri və koderləri mövcud iş prosesindəki problemləri həll etməyə və Umico Market tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq edir.
29 sentyabr – 1 oktyabr tarixlərində keçiriləcək “PASHA Hackathon 3.0” üçün müraciətlər artıq açıqdır.
Hakatonun sonunda ilk üç yeri tutan komandaya uyğun olaraq bu mükafatlar veriləcək:
1-ci yer: 6000 manat
2-ci yer: 4000 manat
3-cü yer: 2000 manat
Proqrama son müraciət tarixi 10 sentyabrdır. Hakatona buradan qeydiyyatdan keçə bilərsiniz.