Telegram-ın qurucusu Pavel Durovun mobil telefonu partlayıb. Bu barədə o öz Telegram kanalında məlumat yayımlayıb. O, cihazın istidən bu hala düşdüyünü bildirib.
Açıqlamasında o “Mən bu 180 dollarlıq Samsung-u son iki ildə əsas cihazım kimi istifadə edirəm. Telegram istifadəçiləri arasında ən çox istifadə edilən telefonlardan biri olduğu üçün onu seçdim. Onlara daha yaxşı xidmət etmək üçün təcrübələrini başa düşmək istədim” sözlərini qeyd edib.