Az | EN

“Perplexity” öz platformasında reklam yerləşdirəcək

Röya Yusifbəyli
13 Noyabr 2024 22:18
96 baxış
“Perplexity” öz platformasında reklam yerləşdirəcək

Süni intellektlə işləyən axtarış sistemi “Perplexity”, bu həftədən etibarən öz platformasında reklamlarla sınaqlara başlayacağını bildirib. İlkin olaraq sayt ABŞ ərazisində reklam göstərməyə başlayacaq və reklamlar “sponsorlu axtarış sualları” kimi tətbiq ediləcək. Məsələn, istifadəçi “iş axtarmaq üçün LinkedIn-dən necə istifadə edə bilərəm” deyə axtarışa yazan zaman çıxan nəticənin bir hissəsində reklamlar görünəcək. Bu reklamların üzərinə isə “sponsorlu” sözü qeyd ediləcək.

“Perplexity”nin reklam proqramında iştirak edəcək brendlərə “Indeed”, “Whole Foods”, “Universal McCann” və “PMG” şikətləri daxildir.

Şirkət öz bloqunda qeyd edib ki, “Bu tipli reklam yerləşdirmələri onlara öz naşir tərəfdaşları ilə bölüşmək üçün imkan yaradır.

“Təcrübə bizə öyrətdi ki, təkcə abunəliklər davamlı gəlir yaratmaq üçün kifayət deyil. Reklam isə davamlı və arta bilən gəlir axını təmin etməyin ən yaxşı yoludur.”

Həmçinin şirkət bildirib ki, “sponsorlu suallar” onun “AI” sistemi tərəfindən hazırlanacaq və reklam verən şirkətlər tərəfindən heç bir redaktə edilməyəcək. Reklam verənlər istifadəçilərin şəxsi məlumatlarına giriş əldə etməyəcəklər deyə şirkət bildirib.

“Perplexity”nin reklam vermə qərarı digər şirkət olan “OpenAI”ın öz axtarış sistemi “ChatGPT Search”ə reklam verməməsi ilə ziddiyyət təşkil edir. “Google” şirkəti isə öz süni intellekt modelində reklam verməyi yoxladı və bu yaxınlarda ABŞ-dakı mobil telefonlarda müəyyən sorğular üçün reklam göstərməyə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az