Xakkerlər Sony PlayStation 5 oyun konsolunu hack ediblər. 11 iyun 2020-ci il tarixində Sony tərəfindən təşkil edilən tədbirdə təqdim edilən, eləcə də satışa çıxarıldığı ilk gündə tükənən və qara bazarda baha qiymətə satılan oyun konsolu iki ildən sonra hack edilib.
SpecterDev ləqəbli xakkeri əldə etdiyi faylları Github-da paylaşaraq PlayStation 5-in proqram təminatını sındırdığını bildirib. Məlumat üçün qeyd edək ki, veb-brauzer mühərrikindəki boşluqdan istifadə etməklə 4.03 sistem versiyasına qədər bütün PS5 konsollarına tam giriş əldə edilib. Digər tərəfdən cracked versiyanın çox yaxşı işləməməsi və oyunlarda problem yaratması da məlumatlar arasındadır.
Sony tez-tez proqram təminatı yeniləmələri ilə öz konsollarını kiber-hücumlardan qorumağa çalışır. Bununla belə, şirkət hələ də hücumların qarşısını ala bilmir.