Az | EN

PlayStation 5 satışları 40 milyonu ötüb

Nail Valiyev
28 İyul 2023 10:34
156 baxış
PlayStation 5 satışları 40 milyonu ötüb

9-cu nəsil oyun konsolları arasında populyar olan PlayStation 5 40 milyon ədədlik satış həddini keçib. 

Sony Interactive Entertainment-in CEO-su Jim Ryan PlayStation 5-in satışa çıxarıldığı gündən bəri 40 milyon nüsxədən çox satıldığını açıqlayıb. Rayan COVID-19 pandemiyası və qlobal çip böhranının PS5 satışlarına təsir etdiyini, lakin PS5 tələblərinin artıq təchizat zəncirinin normala dönməsi ilə qarşılana biləcəyini qeyd edib. 2020-ci ilin noyabrından 2023-cü ilin 16 iyuluna qədər 40 milyon ədəd satan PlayStation 5 ehtiyat qıtlığının minimuma endirildiyi 2023-cü ildə satışlarını daha da artıracaq.

Rayan həmçinin stok çatışmazlığına baxmayaraq PlayStation 5-i dəstəkləyən bütün pərəstişkarlarına və oyun tərtibatçılarına təşəkkür edib. 

© copyright 2022 | tech.az | info@tech.az