Az | EN

Plex platforması kiber-hücuma məruz qalıb

Bənövşə Kazımova
25 Avqust 2022 11:12
425 baxış
Plex platforması kiber-hücuma məruz qalıb

Media pleyer və axın xidməti Plex kiber-hücuma məruz qaldığını açıqlayıb.

Plex platformasının verdiyi açıqlamaya görə, verilənlər bazalarında bəzi şübhəli hərəkətlər aşkar edilib. Araşdırmada üçüncü şəxslərin serverlərə icazəsiz daxil olduğu aydın olub.

Bildirilir ki, təcavüzkarlar istifadəçi adı, e-poçt və şifrələnmiş parolları oğurlayıblar. Bu məlumatların istifadəçilərə fişinq e-poçtları göndərmək üçün istifadə olunacağı ehtimal edilir. Məlumatlara görə, "Have I Been Pwned" saytının qurucusu da zərərçəkənlər arasındadır və o qeyd edib ki, bu cür hücumlardan qorunmağın yeganə yolunun iki addımlı təsdiqlənmədən istifadə etməkdir. Həmçinin hesabın qorunması üçün cihazdan çıxmadan parolun dəyişdirilməsinin də işə yaradığı bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az