Məşhur avtomobil markası Porsche, Google Help və Google Maps-in yeni istehsal edilən avtomobillərinə inteqrasiya ediləcəyini açıqlayıb.
Alman şirkəti tərəfindən keçən həftə edilən açıqlamada bundan sonra Google Maps və Google Help avtomobilə inteqrasiya edilərək yeni model Porsche istehsal ediləcək.
Porsche həmçinin Volkswagen-in Cariad bölməsi ilə proqram təminatının tədqiqi və inkişafı üzrə əməkdaşlığı yanvar ayında başa çatdıqdan sonra Google proqramını avtomobil kokpitinə tam inteqrasiya etməyi nəzərdən keçirdiyini qeyd edib.m
General Motors, Renault, Nissan və Ford kimi avtomobil istehsalçıları Google Maps, Google Assistant və digər proqramlar kimi funksiyaları təklif edən Google Avtomobil Xidmətləri (GAS) dəsti vasitəsilə avtomobillərində quraşdırılmış Google texnologiyasından istifadə edirlər.