Az | EN

Porsche Rusiyadakı bütün aktivlərini satır

Bənövşə Kazımova
18 Mart 2023 10:26
938 baxış
Porsche Rusiyadakı bütün aktivlərini satır

Porşe şirkəti Rusiyadakı bütün aktivlərini satmaq qərarına gəlib. Bu barəfə məlumat isə şirkətin illik hesabatında bildirilib. 

Məlumata görə, şirkət 2028-ci ilə qədər Rusiya bazarını tərk edəcək.

“2022-ci ilin dekabrında Porşe AG müstəqil xarici investorla iki Rusiya paylayıcı şirkəti, Porsche Russland MMC və Porsche Center Moscow MMC-ni, habelə maliyyə xidmətləri seqmentində olan Rusiya şirkəti Porsche Financial Services Russland LLC-ni satmaq barədə razılığa gəlib”, – məlumatda deyilir.

Porsche aktivlərinin dəqiq kimə satıldığı isə hələ ki açıqlanmayıb.

© copyright 2022 | tech.az | info@tech.az