Az | EN

Porsche yeni elektrikli avtomobil modelini tanıdıb

Fidan Abbaszadə
10 İyun 2023 16:59
515 baxış
Porsche yeni elektrikli avtomobil modelini tanıdıb

Porsche şirkətin 75 illik yubileyini qeyd etmək üçün elektrikli hiper avtomobil konsepti olan Mission X-i təqdim edib. Alman istehsalçısı iki nəfərlik oturacaq və qanadlı qapıları olan konsept avtomobilin kütləvi istehsalının da mümkün ola biləcəyini vurğulayıb.

Hələki konsept modelin texniki xüsusiyyətləri haqqında çox məhdud məlumat var. Uzunluğu 4,5 metr, eni isə 2 metr olan avtomobilin hündürlüyü 1,2 metrdən bir qədər azdır. Həm oturacaqların, həm də akkumulyatorların yerləşdirilməsi baxımından aşağı ağırlıq mərkəzinə malik olan hiper avtomobil çox sürətli sürüş vəd edir.

Mission X 900 voltluq sistem quruluşu sayəsində Porsche-nin hazırkı ən üst səviyyə olan Taycan Turbo S-dən təxminən iki dəfə sürətli şarj edilə biləcək. Bundan əlavə, kifayət qədər yüksək performans gözlənilən avtomobilin güc:çəki nisbətinin 1-ə 1 olduğu bildirilir.

Alman istehsalçısı həmçinin iddia edir ki, yeni konsept avtomobillər 1,9 saniyədən az vaxtda 100 km/saat sürət yığa bilir.

© copyright 2022 | tech.az | info@tech.az