Az | EN

Prezidentin yeni fərmanı: Süni intellektin dövlət siyasətini vahid qurum edəcək

Cəmil Hüseynzadə
02 Dekabr 2024 21:43
1416 baxış
Prezidentin yeni fərmanı: Süni intellektin dövlət siyasətini vahid qurum edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həm də rəqəmsal inkişaf və süni intellekt sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində əsası qoyulan Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir. Laboratoriyası süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunmasını məqsədilə yaradılmışdır. Süni intellektlə idarə olunan gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək, bacarıqlı kadr hazırlamaq üçün innovativ infrastruktur, Azərbaycan Süni İntellekt Laboratoriyasının tərkibində yaradılıb.

Eyni zamanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyət göstərdiyi 3 əsas istiqamətlərdən biri "Süni İntellekt və Maşın öyrənməsi"dir (digər iki istiqamət: "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət"). 

Görünür ki, Nazirlik artıq tam səlahiyətli qurum kimi bütün işləri icra edəcəkdir.

© copyright 2022 | tech.az | info@tech.az