Rusiya Prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən "Telegram"ın yaradıcısı Pavel Durovla görüşməkdən imtina edib. Həm Putin, həm də Durov eyni vaxtda Azərbaycanda olublar, lakin bu görüş baş tutmayıb.
Məlumata görə, səfərdən bir neçə gün əvvəl Prezident Administrasiyasının rəsmiləri Putinə Durovla görüş təklif ediblər, lakin Putin bu təklifi qəbul etməyib. Görüşün nə səbəbdən ləğv edildiyi və planlaşdırılmış mövzusunun nə olduğu barədə məlumat verilməyib.
Vladimir Putin iki gün rəsmi səfərdə Azərbaycanda olub və artıq Rusiya nümayəndə heyəti ölkələrinə geri dönüb.
Bu hadisə Rusiyada geniş rezonans doğurub və sosial mediada geniş müzakirələrə səbəb olub. Bu imtinanın arxasında hansı səbəblərin dayandığı və görüşün baş tutmamasının gələcəkdə iki tərəf arasında mümkün əlaqələrə necə təsir göstərəcəyi barədə suallar ortaya çıxır.