Texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən qadınların uğurlarını tanıtmaq və qeyd etmək məqsədilə keçirilən Women in Tech® Awards dünyanın 7 fərqli regionunda baş tutur. Bunlar: LATAM, Europe, MENA, CCA (Caucasus & Central Asia), America, Africa və APAC regionlarıdır.
Hər region üzrə bütün nominasiyalarda 5 finalçı seçilir və hər bir kateqoriyanın qalibi 2025-ci ilin noyabrında Parisdə keçiriləcək Qlobal Women in Tech® Awards mərasimində öz regionunu təmsil etməyə haqq qazanır.
Bu kontekstdə WIT Caucasus & Central Asia Awards (CCA Awards) artıq 4-cü ildir ki, təşkil olunur və Azərbaycan bu prestijli müsabiqədə artıq üçüncü dəfədir ki, iştirak edir. Ölkəmiz bu qlobal platformada qadın texnoloqlarını və liderlərini tanıtmaqda davam edir.
Mükafatlandırma aşağıdakı nominasiyalar üzrə aparılır:
- Aspiring Teen
- Most Disruptive
- Best Ally
- Most Impactful Initiative
- Woman in Web3
- Tech Diplomacy
- Start-Up
- Global Leadership
- Lifetime Achievement
CCA Awards 2025 üçün müraciətlər artıq açıqdır.
Azərbaycan üçün bu platforma həm də qürur mənbəyidir. 2023-cü ildə ölkəmizi təmsil edən Azertelecom şirkərinin CEO-su Ana Nakashidze “Global Leadership Women in Tech® Award” nominasiyasında qalib olub və ölkəmizin texnologiya sahəsində beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verib.
Son tarix: 10 iyul 2025
Müraciət linki: https://womenintech-awards.com/nominations/
Bu nüfuzlu platforma texnologiya sahəsində çalışan qadınlar üçün yalnız bir mükafat deyil – həm də beynəlxalq görünürlük, yeni imkanlar və gələcək üçün ilhamverici hekayələrin başlanğıcıdır.