Az | EN

"Ahbap" birliyinə kiber hücum təşkil olunub

Bənövşə Kazımova
10 Fevral 2023 17:25
872 baxış
"Ahbap" birliyinə kiber hücum təşkil olunub

Cənub-Şərqi Anadolu zəlzələsindən sonra yaraları sağaltmağa çalışan "Ahbap" birliyinə böyük kiberhücum edilib.

Fevralın 6-da Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində - 10-dan çox əyalətdə 7,7 və 7,6 bal gücündə 2 zəlzələ baş verib və böyük dağıntılara səbəb olub. Zəlzələnin yaratdığı dağıntılardan sonra onlarla ölkənin iştirak etdiyi axtarış-xilasetmə fəaliyyətinə başlanılıb. Təbii ki, bu fəaliyyətdə Ahbap kimi yerli qeyri-hökumət təşkilatları da iştirak edib. 

Son məlumatlara görə, bu vəziyyətdən istifadə edən bəd niyyətli xakerlər ianə və hesaba pul axımının qarşısını almaq məqsədi ilə bu birliyin saytına hücum ediblər. ANKA-nın paylaşdığı məlumatlara görə, dünən günorta saatlarında 400 min kiber hücum həyata keçirilib. Edilən hücumların əksəriyyətinin ölkə daxilində və mobil şəbəkələr üzərindən edildiyi müəyyən edilib. Bununla belə, kiber hücum nəticəsində hələlik itkinin olmadığı bildirilir.

Məşhur müğənni Haluk Levent tərəfindən 2017-ci ildə qurulan "Ahbap" birliyi yüzlərlə, hətta minlərlə dəstək layihəsində iştirak edib. Bu səbəbdən Cənub-Şərqi Anadolu bölgəsində baş verən zəlzələlər və böyük dağıntılardan sonra Ahbap vasitəsilə onlara dəstək verən yüz minlərlə insan var.

© copyright 2022 | tech.az | info@tech.az