Az | EN

"Apple" "ChatGPT" ilə rəqabət aparmaq üçün "LLM Siri" modeli üzərində işləyir

Röya Yusifbəyli
22 Noyabr 2024 19:08
84 baxış
"Apple" "ChatGPT" ilə rəqabət aparmaq üçün "LLM Siri" modeli üzərində işləyir

"Bloomberg"in xəbərinə görə "Siri" 2026-ci ildə daha söhbətcil olacaq. Belə ki, "Bloomberg"dən "Mark Gurman"ın verdiyi məlumata görə, "Apple" "OpenAI"ın"ChatGPT"si və "Google"-un "Gemini Live"ı ilə rəqabət aparacaq dərəcədə böyük süni intellekt yenilənməsi üzərində işləyir. "LLM Siri" adlandırılan bu yeni model, "Apple"ın süni intellekt modelləri ilə gücləndiriləcək və istifadəçilərə "Siri" ilə daha təbii və söhbətcil əlaqə qurmağa imkan verəcək.

"Apple"ın "iPhone"larını süni intellektlə təchiz etmə planının bir hissəsi olaraq, "Siri" daha çətin tapşırıqları yerinə yetirməkdə daha yaxşı olacaq. Model həmçinin üçüncü tərəf tətbiqləri ilə qarşılıqlı əlaqədə olmaq üçün "genişlənmiş" "App Intents" bacarığına sahib olacaq. Eyni zamanda model "Apple Intelligence" istifadə edərək mətnləri xülasə etmək və yazmaq imkanına malik olacaq.

"Apple" bu planları barədə gələn il məlumat verə bilər, lakin şirkət "Siri"nin əsas proqram təminatını yeni sistemlə 2026-cı ilin yazında dəyişdirməyi planlaşdırır. Keçən ay "The Wall Street Journal"a müsahibə verən "Apple"ın proqram təminatı üzrə baş vitse-prezidenti Kreik Federici, süni intellektlə gücləndirilmiş "Siri"nin "ChatGPT"dən necə fərqlənəcəyini açıqlayıb.
O bildirib ki, "OpenAI"ın irəli səviyyəli səs sistemi ilə "Siri" kimi sistemin xüsusiyyətləri bir-birindən olduqca fərqlidir. "OpenAI"ın sistemi kvant mexanikası haqqında sual vermək və ya hansısa mövzuda şeir yazdırmaq üçün əladır. Amma o, qaraj qapınızı açmayacaq. Mətn mesajı göndərməyinizə də kömək etməyəcək. "Siri" isə hər gün sizin üçün çoxlu faydalı iş görür, bunu cihazınızda tez və lokal şəkildə yerinə yetirir. Burada bir məsələ var – imkanlar arasında tarazlıq mövcuddur. Bəs bu dünyalar birləşəcəkmi? Əlbəttə, istiqamət məhz bu tərəfə doğru gedir.
İndiyədək "Apple" süni intellekt texnologiyalarını tətbiq etməkdə olduqca yavaş hərəkət edib. Şirkət yalnız keçən ay "iOS" 18.2 beta versiyasının bir hissəsi olaraq "Siri"yə "ChatGPT" inteqrasiyası əlavə edib.

"Apple" "Siri" üçün bir sıra digər xüsusiyyətlər də planlaşdırılıb. Bunlara gələn ildən etibarən "Siri"nin ekrandakı məzmunu “anlamaq” və tətbiq daxilində müxtəlif əməliyyatlar həyata keçirmək bacarığı daxildir.

© copyright 2022 | tech.az | info@tech.az