Az | EN

"Bolt Food" Bərdə və Xankəndidə xidmət göstərməyə başlayıb

Nigar Sultanli
03 Oktyabr 2025 12:20
88 baxış
"Bolt Food" Bərdə və Xankəndidə xidmət göstərməyə başlayıb

Bu yeni genişlənmə sayəsində Bərdə və Xankəndinin sakinləri, eləcə də şəhərin qonaqları Bolt Food tətbiqi vasitəsilə iyirmiyə yaxın müxtəlif restorandan yemək sifariş edə biləcəklər. Məlumata görə, kuryer tərəfdaşları bu şəhərlərdə hər gün səhər saat 08:00-dan axşam 12:00-dək sifarişləri çatdıracaqlar. Hazırda Xankəndidə Deluxe, Chef Mood, Cənnət İstisu, Freshmeat və Osmanlı kimi məşhur restoranlardan sifariş etmək mümkündür.

Bu yeniliklə birlikdə, Bolt Food Azərbaycanda fəaliyyət göstərdiyi şəhərlərin sayını 7-yə çatdırıb. Artıq platforma Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Naxçıvan və yeni qoşulan Xankəndi ilə Bərdə daxil olmaqla, bu şəhərlərdə xidmət təklif edir.

Bolt Food Azərbaycan üzrə Baş menecer Dilarə Tomtiyeva xidmətin genişlənməsi ilə bağlı açıqlamasında "Bizim üçün Xankəndidə xidmətə başlamaq xüsusi önəm daşıyır" deyə bildirib.

Şirkət vurğulayır ki, xidmətin bu şəhərlərə gətirilməsi həm yerli sakinlər, həm də qonaqlar üçün qida və malların sifarişini daha rahat və keyfiyyətli edəcək. Eyni zamanda, bu genişlənmə qeyd olunan şəhərlərdə yeni iş yerlərinin açılması deməkdir. Kuryer kimi fəaliyyət göstərmək istəyənlər Bərdə və Xankəndidəki Bolt ofislərinə müraciət edə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az