Az | EN

"Bolt" Azərbaycanda marketlər açır

Nail Valiyev
27 Noyabr 2023 13:24
2264 baxış
"Bolt" Azərbaycanda marketlər açır

Azərbaycanın paytaxtı Bakı yeni “Bolt Market” xidmətinin istifadəyə verildiyi ilk şəhər olacaq. Bu, “Bolt Food” tətbiqi vasitəsilə çatdırılma ilə ilkin ehtiyac məhsullarının geniş seçimini təklif edən onlayn ərzaq mağazasıdır.

Xidmətin istifadəçiləri gün ərzində yeməklərin çatdırılması üçün sifariş verə biləcəklər. Müştərilər həmçinin ərzaq və əlaqədar məhsulların çatdırılmasını 72 saat öncədən planlaşdırmaq imkanına malikdirlər. İlk ayda 1,2 km radiusda pulsuz çatdırılma və şəxsi gigiyena və uşaq baxımı kateqoriyaları üzrə seçilmiş məhsullara 50%-ə qədər endirimlər daxil olan aksiyalar mövcud olacaq. Alkoqollu içkilər və şərab kateqoriyalarından seçilmiş məhsullar isə 15% endirimli qiymətlə təklif ediləcək.

Sifariş vermək üçün sadəcə “Bolt Food” tətbiqini açın və 3500-dən çox adda məhsul təklif edən Bolt Market ərzaq mağazalarından sizə ən yaxın olanı seçin: yerli və xarici istehsalçıların təzə məhsullarından tutmuş, uzun müddət istifadə olunan məhsullar və zəruri ehtiyac mallarına qədər. Sifarişi təsdiqləməzdən əvvəl proqram qiyməti və təxmini çatdırılma müddətini göstərir. Ödəmək üçün alıcı tətbiqə bank kartı məlumatlarını daxil etməlidir. “Bolt Food” proqramı vasitəsilə kuryerin hərəkətini real vaxt rejimində izləyə bilərsiniz. Sifariş verdiyiniz andan məhsulun komplektasiyası və çatdırılma statusu, eləcə də kuryerin təxmini gəliş vaxtı barədə bildirişlər alacaqsınız. Çatdırılma adətən təxminən 30 dəqiqə ərzində həyata keçirilir.

“Bolt” şirkətinin pərakəndə inkişafı üzrə rəhbəri Eduard Naqi qeyd edib:

“Biz Bakıda ərzaq çatdırılması xidmətini təqdim etməkdən çox məmnunuq. Bu, bir daha sübut edir ki, biz bu bazarı biznesimizin vacib hissəsi hesab edirik və ona investisiya qoymağı planlaşdırırıq. Gələcəkdə biz daha da rəqabətədavamlı olmaq üçün çeşidlərimizi və çatdırılma sferamızı genişləndirmək istəyirik. Yerli sakinlərin ərzaq almaq üçün mağazaya getmək ehtiyacını aradan qaldıraraq, vaxtlarını daha vacib işlərə və ya istirahətə sərf etmələrinəimkan yaratmaq üçün yaxın gələcəkdə Bolt Market yerli ərzaq mağazaları şəbəkəsini Azərbaycanın digər şəhərlərinə də genişləndirməyi planlaşdırırıq".

Ərzaq mallarının çatdırılması xidməti “Bolt” platformasında 2021-ci ildən mövcuddur və artıq yeddi Avropa ölkəsinin 12 şəhərində özünü sübut edib. İndi xidmət Azərbaycan bazarında da öz lazımi yerini tutacaq, artan müştərilərə yüksək keyfiyyətli və vaxtında xidmət göstərəcək.

 “Bolt” şirkəti haqqında məlumat

“Bolt” 45 ölkədə və Avropa və Afrikanın 400-dən çox şəhərində 150 milyon insanın istifadə etdiyi Avropa multiproqramıdır. Şirkət, istifadəçilərinə daha yaxşı alternativlər təqdim etməklə şəxsi avtomobillərdən mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. “Bolt” şirkəti səfər sifarişi, karşerinq, elektrikli skuter icarəsi, yemək və ərzaq çatdırılması xidmətləri təklif edir.      

Hazırda “Bolt” şirkəti Azərbaycanın yeddi şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki.

“Bolt Food” xidməti Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərir.

 

©oxu.az

© copyright 2022 | tech.az | info@tech.az