Az | EN

"Dəmir Qübbə"ni "hack" edən fələstinli hakeri MİT (Türkiyə) xilas edib

Nail Valiyev
22 Noyabr 2023 16:44
1225 baxış
"Dəmir Qübbə"ni "hack" edən fələstinli hakeri MİT (Türkiyə) xilas edib

Milli Kəşfiyyat İdarəsi İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini sındıran fələstinlini əsir düşdüyü Malayziyada xilas edib.
2015-2016-cı illərdə baş verən hadisənin təfərrüatları məlum olub. İsrail Xarici Kəşfiyyat Təşkilatı Mossad hakerin Fələstinli Ömər A. olduğunu müəyyən edib və onu izləməyə başlayıb. Fələstinli haker 2020-ci ildə Misir vasitəsilə Türkiyəyə gəlib. Mossad Ömər A.-nın yerini tapıb və iş təklifi bəhanəsi ilə onunla əlaqə saxlayıb. Onların məqsədi hakerilə işbiriliyi yox, həbs etmək idi. Lakin Ömər edilən iş təkliflərini rədd edib. Danışıqlardan şübhələnən MİT işə qarışıb və fələstinli haker Ömərə xaricə getməməsi ilə bağlı xəbərdarlıq edilib. 

2022-ci ilin sentyabrında Ömər Malayziyaya 15 günlük tətil etməyi planlaşdırıb. Bu səbəbdən MİT İstanbul Region Müdirliyi onun telefonuna söndürülsə belə harada olduğu ilə bağlı siqnalı verəcək proqram quraşdırıb.

MİT-in şübhələri əsaslı çıxıb və Malayziyada Ömər qaçırılıb. İsrail kəşfiyyatçıları tərəfindən Ömər dağ evində dindirilib. 36 saatlıq sorğu-sual zamanı ondan “Dəmir Qübbə”yə necə sızdığı soruşulub. Bundan sonra MİT Malayziya rəsmiləri ilə əlaqəyə keçib. Basqınla haker xilas edilib.
Hadisə ilə bağlı 11 nəfər həbs edilib, haker Ömər Türkiyədə təhlükəsiz evdə mühafizə altına alınıb.

© copyright 2022 | tech.az | info@tech.az