Az | EN

"E-qanun.ai" platformasının təqdimat mərasimi keçirilib

Nigar Sultanli
25 Sentyabr 2025 16:20
308 baxış
"E-qanun.ai" platformasının təqdimat mərasimi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə verilib.

“Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir.

“E-qanun.ai” Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON Holding (@azcon_holding) şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platformasıdır.

© copyright 2022 | tech.az | info@tech.az