Az | EN

"Getir"in tələbi ilə investoruna qarşı hüquqi işlər başlayıb

Cəmil Hüseynzadə
16 Yanvar 2025 12:12
189 baxış
"Getir"in tələbi ilə investoruna qarşı hüquqi işlər başlayıb

Getir-in təsisçisi Nazım Salur, X platformasında etdiyi yeni paylaşımda, BƏƏ-nin dövlət fonu Mubadala-nın, Getir-in sahibliyi ilə bağlı imzalanmış müqaviləni qanunsuz olaraq görməzlikdən gəldiyini açıqlayıb.

Keçən il Getir-in xaricdəki fəaliyyətlərini tamamilə dayandırmasından sonra, Mubadala ilə fikir ayrılığına düşməsi texnologiya dünyasında gündəmə çevrilmişdi. Bu hadisələrdən sonra, ötən ilin iyun ayında Getir yenidənqurma planlarını elan etmişdi. Şirkət, fəaliyyətlərini iki qrup və idarəetmə strukturuna bölmə qərarı vermiş, Mubadala-nın bu prosesdə tərəflərdən birini təmsil etdiyini açıqlamışdı.

Hissedarların birgə razılığı ilə qəbul edilən qərara əsasən, Getir-in əsas gəlir əldə etdiyi Türkiyədəki qida və bazar məhsullarının çatdırılması xidmətləri tək bir idarə altında birləşdirilərək Mubadala-ya təhvil veriləcəkdi. Digər tərəfdən, Nazım Salur və digər təsisçilərdən ibarət qrup isə GetirBiTaksi, GetirAraç, Getirİş və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən FreshDirect-in liderliyini öz üzərinə götürəcəkdi.

Mubadala-nın liderliyində yeni CEO ilə fəaliyyətini davam etdirən Getir ilə bağlı yeni bir açıqlama Salur-dan gəldi. O, çərşənbə günü X platformasında etdiyi paylaşımda bu sözləri bildirib:
“BƏƏ dövlət fondu Mubadala, Getir-i iki yerə bölmək üçün əldə etdiyimiz razılaşmanı qanunsuz olaraq etinasız yanaşır və bizim hüquqlarımıza göz dikir. Gözlənilmədən idarəmizdə qalmalı olan şirkətlər birdən dəyər qazandı.”

Salur həmçinin bu məsələ ilə bağlı hüquqi prosesin başladıldığını və gələcəkdə daha ətraflı açıqlama veriləcəyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az